1. Necə sifariş edə bilərəm?
Sifariş etmək qaydaları ilə burada tanış ola bilərsiniz.
https://new.dolcevita.az/page/sifaris-etmk-yollari
2. Sifarişimi necə ödəyə bilərəm?
Əziz müştərilərimizin rahatlığı üçün bir neçə ödəmə üsulları mövcuddur. Sizin üçün ən rahat ödəmə üsulunu seçməyiniz üçün buradakı məlumatlarla tanış olmağınız xahiş olunur
https://new.dolcevita.az/page/odm
3. Sifarişi alandan sonra nə qədər saxlamaq olar?
Təqdim etdiyimiz məhsullar qida üçün nəzərdə tutulduğu üçün tərkibi meyvə və şokoladdan ibarətdir. 25-30 saat 2-4 dərəcə tempuraturda (sərin yerdə), 9-10 saat 15 derece tepuraturunda (otaq şəraitində) saxlanıla bilər, lakin mümkün qədər tez zamanda yeyilməsi tövsiyyə olunur.
4. İstədiyim vaxt dükanınıza gəlib istədiyim məhsulu ala bilərəm?
Xeyr, yalnız ən təzə meyvələr və yüksək keyfiyyətli şokoladdan hazırlanan Dolce Vita məhsulları sizə təslim verilən gün, çatdırılma vaxtına maksimal yaxın zamanda təzə-təzə hazırlanır və məhz buna görə istədiyiniz məhsulun hazır olması üçün öncədən sifariş verməyiniz mütləqdir.
Təcili hallarda isə butikimizə yaxınlaşaraq açıq satışda olan məhsul çeşidlərimizdən seçim edə bilərsiniz (*bayram günləri (ərəfələri) istisna olmaqla).
5. Fərqli dizaynda məhsul istəyirəm, istəyimə uyğun
hazırlamaq mümkündür?
Əlbəttə, Dolce Vita Mevi istəyinizə uyğun dizayn ilə sevginizi ifadə etməyin ən ləzzətli və gözəl yoludur. Peşəkar komandamız özəl sifarişlərinizi ən gözəl dizaynda həyata keçirməyə hər zaman hazırdır.
6. Çatdırılmanı hara edirsiz?
Bakı şəhəri üzrə çatdırılma xidmətimiz mövcuddur. Çatdırılma ilə bağlı daha ətraflı məlumatla burada tanış ola bilərsiniz.
7. Bölgə və rayonlara çatdırılma edirsinizmi?
Məhsullarımız qidaya istifadə olunduğu və saxlama müddəti az olduğu üçün Bakı şəhərindən kənar ərazilərə çatdırılma mümkün deyil.